Случайная новость

Kompüter təmiri

Главная страница
Fevralda da donacağıq PDF Печать E-mail
Автор: Zair   
31.01.2012 13:17

Ayın ilk günlərində və ikinci ongünlüyündə temperatur iqlim normasından aşağı olacaq

Fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Подробнее...
 
Zakatala-Balakəndə ilk biosfer rezervatı yaradılacaq PDF Печать E-mail
Автор: Zair   
31.01.2012 13:16

Ceyran sürüsünün hərəkətinə peyk vasitəsilə nəzarət olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin məlumatına görə, Azərbaycanda bu günədək 120 baş ceyran öz tarixi areallarına buraxılıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu il dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə buraxılmış ceyran sürüsünün hərəkətinə 2011-ci ildə də peyk vasitəsilə mütəmadi nəzarət olunub, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilib və hazırda layihənin II mərhələsi üzrə işlər davam etdirilir.

Подробнее...
 
“Eurovision-2012” mahnı müsabiqəsinin “Baku Crystal Hall” sarayında keçirilməsi rəsmən təsdiqlənib PDF Печать E-mail
Автор: Zair   
25.01.2012 18:15

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib.

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 57-ci “Eurovision” mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq. Bu qərar bu gün Avropa Yayım Birliyi (EBU) tərəfindən açıqlanıb.

Обновлено 25.01.2012 18:18
Подробнее...
 
Zakatala rayonundakı muzeydə Fransa ilə bağlı eksponatların nümayişi dayandırılıb PDF Печать E-mail
Автор: Zair   
29.01.2012 20:24

Bakı. Hafiz Heydərov – APA. Zakatala Tarix Diyarşünaslıq muzeyində Fransa tarixi və mədəniyyəti ilə bağlı olan eksponatların muzeyin ekspozisiya zalında nümayiş etdirilməsi dayandırılıb və eksponatlar muzeyin ekspozisiya zalından çıxarılıb.

Bu barədə APA-ya açıqlamasında muzeyin direktoru Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, bu addım Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nı tanımayanlara cəza tətbiq edilməsi ilə bağlı qanuna etiraz olaraq atılıb. Muzey direktoru sözü gedən ədalətsiz qanunun tətbiq olunacağı təqdirdə bölgəyə gələn fransız turistlərə muzey xidmətlərinin göstərilməyəcəyini bəyan edib.

Подробнее...
 
“Yuventus”un sabiq futbolçusu Zakatalanın “Simurq” komandasına baxışa gəlib PDF Печать E-mail
Автор: Zair   
25.01.2012 18:13

Zakatalanın “Simurq” futbol komandası İtaliyanın “Yuventus” klubunun sabiq oyunçusu Sergey Kovalenkonu baxışa dəvət edib. Bu haqda apasport.az saytına məlumat verən klubun icraçı-direktoru Vaqif Əliyev Turin təmsilçisinin 3 il şərəfini qoruyan ukraynalı hücumçunun hazırda baş məşqçi Sergey Yuranın sərəncamında olduğunu bildirib.

O, 28 yaşlı legioneri Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Kutaisi “Torpedo”su ilə sabahkı yoxlama oyununda sınayacaqlarını deyib: “Kovalenko bu gün komandamızda ilk məşqinə çıxdı və yaxşı təsir bağışladı. Hər halda, 3 il “Yuventus”un heyətində yer alıb, sıradan legioner deyil. Kovalenko Belarusun “Belşina” klubundan gəlib. Hücumda, hücumameylli yarımmüdafiəçi kimi oynayır ki, bizə də məhz bu mövqelərə futbolçu lazımdır”.

Подробнее...
 
<< Первая < Предыдущая 1 2 3 4 5 6 7 8 9 10 Следующая > Последняя >>

Страница 1 из 88

Комментарий